Bank Of Baku

Azərbaycanda funt sterlinqin populyarlığı artır

Azərbaycanda funt sterlinqin populyarlığı artır
# 03 fevral 2010 08:19 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda İngiltərə funt sterlinqi ilə aparılan nağd əməliyyatların həcmi 2009-cu ilin dekabr ayında 1 611 900 funt təşkil edib. Bunun 65 300 funtu əhali tərəfindən aparılan satış, 1 546 600 funtu isə alış əməliyyatlarının payına düşüb. Azərbaycan Mərləzi Bankından «APA-Economics»ə verilən məlumata görə, ümumilikdə, ötən il ərzində Azərbaycanda əhali tərəfindən 1 584 400 funt həcmində Britaniya valyutası satılıb, 15 185 600 funt həcmində isə nağd pul kütləsi alınıb. Əvvəlki illə müqayisədə Azərbaycan əhalisi nağd funtun satışını və alışını müvafiq olaraq 1,8 dəfə artırıb.

Qeyd edək ki, bu tendensiya artıq davamlı xarakter alıb. Məsələn, 2008-ci ilin satış üzrə göstəricisi əvvəlki ilin göstəricisindən 40%, alış göstəricisi isə 91% artıq olub.

Ümumilikdə, funtla əməliyyatların strukturunda alışın satış həcmini 9,6 dəfə üstələməsi diqqəti çəkən məqamdır. Bu da əsasən İngiltərəyə işgüzar və digər məqsədlərlə səfərə gedən əhalinin funtun qabaqcadan Azərbaycanda alması və s. səbəblərlə bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR