Bank Of Baku

«AccessBank» ötən il depozit portfelini 3 dəfə gnişləndirib

«AccessBank» ötən il depozit portfelini 3 dəfə gnişləndirib
# 03 fevral 2010 09:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «AccessBank» QSC-nin aktivlərinin həcmi 2010-cu ilin yanvar ayının 1-nə 307,373 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin əvvəlinə nisbətən 54,6% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın depozit portfeli 2,9 dəfə genişlənərək 50,133 mln. manata, kredit portfeli 43,7% artaraq 238,513 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 22,5% artaraq 16,537 mln. manata çatıb. Bu müddət ərzində bankın məcmu kapitalı 46,1% artaraq 62,608 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 20 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən il ərzində bankın gəlirləri 49,5% artaraq 69,350 mln. manat, xərcləri isə 49,7% artaraq 49,368 mln. manat olub. Nəticədə, bankın mənfəəti son bir ildə 49%
artaraq 13,414 mln. manata çatıb.

Bu müddət ərzində bank tərəfindən əlavə 4 filial açılıb, həmçinin 4 bankomat və 8 POS-terminal quraşdırılıb. Ötən il ərzində bankda çalışan işçilərin sayı 15,7% artaraq cari ilin yanvar ayının 1-nə 1000 nəfər təşkil edib.

Xatırladaq ki, «AccessBank» SKB 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir. Bankın ölkə üzrə 23 filialı, 23 bankomatı və 48 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR