Bank Of Baku

«Xalq Bank» ötən il mənfəətini 28 dəfə artırıb

«Xalq Bank» ötən il mənfəətini 28 dəfə artırıb
# 03 fevral 2010 10:17 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Xalq Bank» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin yanvar ayının 1-nə 504,264 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin yanvarın 1-nə olan göstəricidən 25% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın depozit portfeli 5,05% azalaraq 283,248 mln. manat, kredit portfeli 28,7% artaraq 464,003 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 2,4 dəfə artaraq 12,924 mln. manat olub. Bu müddət ərzində bankın məcmu kapitalı 33,1% artaraq 76,169 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 53,550 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən il ərzində bankın gəlirləri 12,1% azalaraq 41,449 mln. manat, xərcləri isə 50,2% azalaraq 23,188 mln. manat olub. Nəticədə, bankın mənfəəti son bir ildə 28 dəfə artaraq 18,194 mln. manata çatıb.

Bu müddət ərzində bank tərəfindən əlavə 2 filial açılıb, həmçinin 29 bankomat və 36 POS-terminal quraşdırılıb. Ötən il ərzində bankda çalışan işçilərin sayı 26,5% artaraq cari ilin yanvar ayının 1-nə 315 nəfər, müştərilərin sayı isə 25,8% artaraq 11 352 nəfər təşkil edib.

Qeyd edək ki, təsisçisi bir neçə hüquqi şəxs olan «Xalq Bank» ASC 2004-cü ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 10 filialı, 29 bankomatı və 36 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR