Bank Of Baku

Azərbaycan beynəlxalq audit standartlarının tətbiqinə başlayıb

Azərbaycan beynəlxalq audit standartlarının tətbiqinə başlayıb
# 03 fevral 2010 10:30 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda beynəlxalq audit standartlarının tətbiqinə başlanıb. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Auditorlar Palatasının sədri Vahid Novruzov bildirib.

V.Novruzovun sözlərinə görə, artıq beynəlxalq standartlar Azərbaycan dilinə tərcümə olunub və Auditorlar Palatası Şurasının qərarı ilə cari ilin əvvəlindən ölkədə tətbiq edilir.

«Bu standartların tətbiqi ölkədə göstərilən auditor xidmətlərinin keyfiyyətinin yüksəlməsinə imkan verəcək. Eyni zamanda auditorların özlərinin məsuliyyətinin beynəlxalq səviyyəyə uyğunlaşdırılmasında rol oynayacaq», - deyə V.Novruzov əlavə edib.

Palata sədri bildirib ki, beynəlxalq audit standartlarına keçid «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya»da da əksini tapıb.

Qeyd edək ki, hazırda Azərbaycanda 1996-cı ildə qəbul olunmuş milli audit standartları tətbiq edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR