Bank Of Baku

Azərbaycandakı lizinq şirkətlərinin lizinqə verilən avadanlıqların dəyəri üzrə renkinqi

Azərbaycandakı lizinq şirkətlərinin lizinqə verilən avadanlıqların dəyəri üzrə renkinqi
# 03 fevral 2010 10:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın maliyyə sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin əsas göstəricilərinin qiymətləndirilməsi layihəsi çərçivəsində «APA-Economics» bu dəfə lizinq təşkilatlarının lizinqə verilən avadanlıqların dəyəri üzrə sıralamasını təqdim edir.
Aşağıdakı cədvəldə ölkədəki aparıcı lizinq şirkətləri tərəfindən lizinqə verilən avadanlıqların (2010-cu il yanvar ayının 1-nə) dəyəri barədə məlumat verilir:

Lizinq şirkətləri

Avadanlıqların dəyəri
(mln. manat)

Müqavilələrin sayı

Joint Leasing

74,97

178

Unileasing

54,40

959

AGLeasing

10,16

133

AtaLeasing

1,70

104

Nikoil Leasing

-

11

Texnika Leasing

-

55



Cədvəldən göründüyü kimi, lizinq xidmətləri bazarında verilən avadanlıqların dəyərinə görə ilk yeri «Joint Leasing» şirkəti tutur. İlk üçlüyə həmçinin «Unileasing» və «AGLeasing» şirkətləri daxildir. Bu üç şirkətin lizinqə verdiyi avadanlıqların məcmu dəyəri 2010-cu ilin əvvəlinə təxminən 139,53 mln. manata bərabərdir.

Qeyd edək ki, bu müddət ərzində «Nikoil Leasing» və «Texnika Leasing» şirkətləri tərəfindən lizinqə heç bir avadanlıq verilməyib.

Bundan başqa, cədvəldə şirkətlərin lizinq müqavilələrinin ümumi sayı da göstərilib.
Bu sırada isə ilk yerdə «Unileasing» şirkəti qərarlaşıb.

Xatırladaq ki, hazırda Azərbaycanda 14 lizinq təşkilatı fəaliyyət göstərir və bunun 11-i Azərbaycan Lizinq Şirkətləri Assosiasiyasının üzvüdür.

Qeyd edək ki, ötən ilin yekunlarına görə, «Parex Leasing & Factoring» şirkəti bu dəfə müvafiq göstəricilərini «APA-Economics»ə təqdim etməyib və qeyri-rəsmi məlumatlara görə, bu, şirkətin maliyyə göstəricilərinin pisləşməsi ilə bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR