Bank Of Baku

Azərbaycanda icbari auditlə bağlı tətbiq olunan cərimələr sərtləşdiriləcək

Azərbaycanda icbari auditlə bağlı tətbiq olunan cərimələr sərtləşdiriləcək
# 03 fevral 2010 10:35 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda məcburi auditdən yayınan subyektlərə qarşı tətbiq olunan cərimələr sərtləşdirilə bilər. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Auditorlar Palatasının sədri Vahid Novruzov bildirib.

V.Novruzovun sözlərinə görə, məcburi auditdən keçirilmə şəffaflıq strategiyasında da qarşıya qoyulub: «Biz bunu nəzərə alaraq, məcburi auditdən yayınmaya görə İnzibati Xətalar Məcəlləsinə xüsusi bəndin daxil edilməsi təklifi ilə çıxış etmişik. Artıq bu istiqamətdə işlər sona çatmaqdadır».

Palata sədri bildirib ki, obyekt icbari qaydada auditdən keçməsə, müvafiq qaydada cərimələnəcək, həm də yenidən məcburi şəkildə auditdən keçməli olacaq. Cərimənin məbləği auditin aparılması üçün tələb olunan orta məbləğdən az olmayacaq.

V.Novruzov hazırda Azərbaycanda audit qanunvericiliyinə ən yaxşı bank və sığorta təşkilatlarının əməl etdiyini, səhmdar cəmiyyətləri və məhdud məsuliyyətli cəmiyyətlərdə isə bununla bağlı problemlərin olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR