Bank Of Baku

«Birlik Bank»ın aktivləri ötən il 31% artıb

«Birlik Bank»ın aktivləri ötən il 31% artıb
# 03 fevral 2010 13:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Birlik Bank» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin yanvar ayının 1-nə 53,155 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin yanvarın 1-nə olan göstəricidən 30,8% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın depozit portfeli 6,27% artaraq 0,983 mln. manat, kredit portfeli 28,1% artaraq 35,889 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 5,9% azalaraq 4,163 mln. manat olub. Bu müddət ərzində bankın məcmu kapitalı 3,9% artaraq 18,809 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 16 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən il ərzində bankın gəlirləri 65,6% artaraq 5,706 mln. manata, xərcləri isə 41,3% artaraq 5,163 mln. manata çatıb. Nəticədə, bankın mənfəəti son bir ildə 55% azalaraq 0,543 mln. manat olub.

Bu müddət ərzində bankda çalışan işçilərin sayı 27,5% azalaraq cari ilin yanvar ayının 1-nə 37 nəfər, orta aylıq əmək haqqı 25% artaraq 150 manat, müştərilərin sayı isə 1,4% artaraq 1331 nəfər təşkil edib.

Qeyd edək ki, təsisçisi 20 yerli fiziki şəxs olan «Birlik Bank» 1993-cü ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 3 filialı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR