Bank Of Baku

Azərbaycan əhalisi ötən il Rusiya rublunun alışını 50% artırıb

Azərbaycan əhalisi ötən il Rusiya rublunun alışını 50% artırıb
# 03 fevral 2010 13:37 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda Rusiya rublu ilə aparılan nağd əməliyyatların həcmi 2009-cu ilin dekabr ayında 162 260 500 rubl təşkil edib ki, bunun 142 240 400 rublu əhali tərəfindən aparılan satış, 20 030 100 rubl isə alış əmliyyatlarının payına düşüb. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, ümumilikdə, ötən il ərzində Azərbaycanda əhali tərəfindən 1 078 013 500 rubl həcmində Rusiya valyutası satılıb, 197 965 200 rubl həcmində isə pul kütləsi alınıb. Əvvəlki illə müqayisədə Azərbaycan əhalisi nağd rublun satışını 5,5% azaldıb, alışı isə 1,5 dəfə artırıb.

Rusiya rublu ilə Azərbaycanın nağd valyuta bazarında aparılan əməliyyatların iri həcmlərdə olması Azərbaycan və Rusiya arasında həm pərakəndə ticarət, həm də işgüzar və şəxsi məqsədlərlə həyata keçirilən səfərlərlə bağlıdır. Rubl üzrə satışın alışı üstələməsi bu valyutanın Azərbaycan ərazisində məhdudiyyətsiz konvertasiya edilməsi ilə izah oluna bilər. Yəni, Rusiyadan gələn və sərəncamında rubl kütləsi olan əhali onu Rusiya ərazisində dollara və ya avroya, sonra Azərbaycanda onları manata konvertasiya etmir və bu əməliyyatları birbaşa rubl-manat şəklində Azərbaycan ərazisində aparır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR