Bank Of Baku

«AccessBank» mikromaliyyə kreditləşməsi üzrə hesabatını «MicroFinance Transparency» təşkilatına təqdim edib

«AccessBank» mikromaliyyə kreditləşməsi üzrə hesabatını «MicroFinance Transparency» təşkilatına təqdim edib
# 03 fevral 2010 13:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda mikromaliyyələşmə sahəsi üzrə ixtisaslaşan «AccessBank» bu yaxınlarda mikromaliyyə kreditləşməsi üzrə qiymətlər haqqında məlumatlarını beynəlxalq «MicroFinance (MF) Transparency» təşkilatına təqdim edib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlıumata görə, «MFTransparency» təşkilatının Azərbaycanda Şəffaf Qiymətqoyma Təşəbbüsü çərçivəsində Azərbaycan Mikromaliyyə Assosiasiyasıyası ilə sıx əməkdaşlıq edən qrup, Azərbaycanda mikromaliyyə kreditləşməsi məhsullarının dəqiqliyini və düzgünlüyünü (effektiv faiz dərəcələri) yoxlamaq məqsədi ilə həmin məhsullar üçün təyin olunmuş faizlər və komissiyalar haqqında məlumat toplayıb. Yaxın günlərdə «MFTransparency» bu məlumatları ictimaiyyətin diqqətinə çatdıracaq və həmin məlumatlar təşkilatın veb-saytında (www.mftransparency.org) yerləşdiriləcək.

«AccessBank»ın baş meneceri Endryu Pospielovskinin sözlərinə görə, bank qiymətqoyma və müştərilərin mühafizəsi məsələlərində daim şəffaflığa riayət edib: «Hazırda biz Azərbaycanda öz kredit qiymətlərini beynəlxalq tədqiqatlar üçün təqdim edən ilk maliyyə təşkilatlarından biri olmaq niyyətimizi nümayiş etdiririk».

Qeyd edək ki, «MFTransparency» təşkilatı maliyyə məhsullarının dəyəri haqqında dəqiq məlumatların yayımlanması yolu ilə bazarların şəffaflığına yardım göstərmək məqsədi ilə 2008-ci ildə ABŞ-da yaradılıb. Təşkilat mikromaliyyələşdirmə sahəsinin düzgün təcrübə və məsuliyyət istiqamətində irəliləyişini nümayiş etdirir.

Xatırladaq ki, «AccessBank» SKB 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir. Bankın ölkə üzrə 23 filialı, 23 bankomatı və 48 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR