Bank Of Baku

«DəmirBank» «Yubiley» uduş kampaniyasının 4-cü tirajını keçirib

«DəmirBank» «Yubiley» uduş kampaniyasının 4-cü tirajını keçirib
# 03 fevral 2010 14:02 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «DəmirBank» ASC 20 illiyi ilə bağlı əmanətçilər arasında əsas hədiyyəsi Toyota RAV4 avtomobili olan «Yubiley» uduş kampaniyasının 4-cü tirajını keçirib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu tirajda Toyota RAV4 avtomobili, Paris Səyahəti və 3 rəqəmsal videokameranın qalibləri müəyyən edilib.

Qeyd edək ki, kampaniyada «DəmirBank»da ən azı 1000 manat (dollar, avro, funt sterlinq) məbləğində və ən azı 12 ay müddətində olan əhalinin bütün əmanətləri iştirak edib (Sarı əmanəti istisna olmaqla). Əmanətin hər 1000 manatı (dollar, avro, funt sterlinq) məbləği hər hədiyyənin uduşu zamanı 1 şansa bərabər olub.

«Yubiley» kampaniyasının hədiyyələri Toyota RAV4 avtomobili, hər biri 7 günə iki nəfərlik Xaricə Səyahətlər (Praqa, Vyana, Milan, Paris) və 15 rəqəmsal videokameradan ibarət olub.

Bankın İdarə Heyətinin sədr müavini Yusif Cabbarovun sözlərinə görə, «DəmirBank»da 2009-cu il ərzində əhalidən cəlb edilən əmanətlərin həcmi 70% artıb. «Bankda əmanətlərin həcmi hazırda 72,8 mln. manat təşkil edir. Bu, bir tərəfdən bankın uğurlu fəaliyyətini və əhalinin banka etibarını, digər tərəfdən isə bankın təklif etdiyi əmanət məhsullarına və uduş kampaniyasına əhalinin marağını əks etdirir», - deyə Y.Cabbarov bildirib.

Qeyd edək ki, «DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR