Bank Of Baku

Almatıda «MDB ölkələrində İslam maliyyələşməsi alətlərinin inkişafı» konfransı keçiriləcək

Almatıda «MDB ölkələrində İslam maliyyələşməsi alətlərinin inkişafı» konfransı keçiriləcək
# 03 fevral 2010 14:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin mart ayının 11-də Almatıda Qazaxıstan Maliyyə Forumu çərçivəsində «Cbonds» informasiya agentliyinin təşkilatçılığı ilə «MDB ölkələrində İslam maliyyələşməsi alətlərinin inkişafı» mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Bakı Fond Birjasından «APA-Economics»ə verilən məlumata görə, ümumiyyətlə, Qazaxıstan Maliyyə Forumuna 200-dək iştirakçının qatılması, o cümlədən Qazaxıstanın maliyyə institutları, korporasiyaları, dövlət qurumları, həmçinin Rusiya və MDB ölkələrinin müvafiq qurumlarının nümayəndələrinin iştirakı gözlənilir.

«MDB ölkələrində İslam maliyyələşməsi alətlərinin inkişafı» beynəlxalq konfransına isə Qazaxıstan, Rusiya, MDB, Yaxın Şərq və Asiya ölkələrinin maliyyə institutları, İslam maliyyələşməsi üzrə beynəlxalq agetliklər, həmçinin postsovet ölkələrinin dövlət qurumlarının nümayəndələri dəvət olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR