Bank Of Baku

Melli İran Bankının Bakı filialı ötən il aktivlərini 2 dəfədən çox artıb

Melli İran Bankının Bakı filialı ötən il aktivlərini 2 dəfədən çox artıb
# 04 fevral 2010 06:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Melli İran Bankının Bakı filialının aktivlərinin həcmi 2010-cu ilin yanvar ayının 1-nə 42,644 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin yanvarın 1-nə olan göstəricidən 2,2 dəfə çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın depozit portfeli 36,5% azalaraq 4,122 mln. manat, kredit portfeli 54,3% artaraq 8,264 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 13,2% artaraq 4,048 mln. manat olub. Bu müddət ərzində bankın məcmu kapitalı 36,6% artaraq 15,199 mln. manat, o cümlədən nizamnamə kapitalı 40,1% artaraq 14,017 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən il ərzində bankın gəlirləri 52,9% artaraq 3,979 mln. manat, xərcləri isə 2,3 dəfə artaraq 3,038 mln. manat olub. Nəticədə, bankın mənfəəti son bir ildə 25% azalaraq 0,941 mln. manata çatıb.

Bu müddət ərzində bankın müştərilərinin sayı 16% artaraq 8 680 nəfər, işçilərin sayı 4,35% artaraq 24 nəfər, orta aylıq əmək haqqı sabit qalaraq 900 manat təşkil edib.

Xatırladaq ki, Melli İran Bankının Bakı filialı 1994-cü ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR