Bank Of Baku

«Paşa Sığorta» və «Iteca Caspian» şirkətləri arasında tərəfdaşlıq sazişi imzalanıb

«Paşa Sığorta» və «Iteca Caspian» şirkətləri arasında tərəfdaşlıq sazişi imzalanıb
# 04 fevral 2010 08:02 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Sığorta» şirkəti 2010-cu ildə Böyük Britaniyanın «ITE Group» şirkətinin Cənubi Qafqazdakı eksklüziv tərəfdaşı olan «Iteca Caspian» tərəfindən Azərbaycanda keçiriləcək bütün sərgi və biznes konfranslarda rəsmi sığorta tərəfdaşı kimi çıxış etmək həququ alıb.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bununla bağlı «Paşa Sığorta» ASC-nin İdarə Heyətinin sədri Nofəl Rzayev və «Iteca Caspian» şirkətinin icraçı direktoru Fərid Məmmədov arasında tərəfdaşlıq sazişi imzalanıb.

Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Sığorta» şirkəti 2006-cı ildən fəaliyyət göstərir. Ötən il ərzində şirkətin topladığı sığorta haqlarının həcmi 10,31 mln. manat, ödənişlər isə 1,86 mln. manat təşkil edib. Şirkətin nizamnamə kapitalı 9 mln. manat, aktivləri 19 mln. manat təşkil edir. Hazırda şirkət 4 icbari və 26 könüllü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR