Bank Of Baku

«Bank of Baku» avtokreditləşmə proqramını genişləndirir

«Bank of Baku» avtokreditləşmə proqramını genişləndirir
# 04 fevral 2010 08:10 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC avtomobillərin alınması əməliyyatlarının kreditləşdirilməsi proqramını genişləndirir. Artıq bu ildən müştərilər bank vasitəsi ilə «Hyundai» markalı avtomobillərlə yanaşı, «Volkswagen», «KİA» və Rusiya istehsalı olan avtomobilləri də ala bilərlər.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, avtokreditin məbləği 500-50 000 manat təşkil edə bilər, müddəti, faiz dərəcəsi və ilkin ödənişin məbləği isə avtomobilin markasından asılı olaraq dəyişir. «Hyundai» və «KİA» markalı avtomobillərini 12, 24 və 36 ay müddətinə verilən kreditlə almaq mümkündür. «Hyundai» avtomobillərinin alışı zamanı ilkin ödəniş avtomobilin dəyərinin minimum 20%-ni, «KİA» üçün 25%-ni təşkil edir.

«Volkswagen» avtomobillərinin alışının kreditləşdirilməsi zamanı ilkin ödəniş avtomobilin dəyərinin minimum 30%-ni təşkil edir, avtokredit 12, 24 və 36 ay müddətinə verilir.

Bank həmçinin Rusiya istehsalı olan avtomobillərin də (QAZ-3110, VAZ-2107, VAZ-2115 (Lada Samara), VAZ–2121 (Lada Niva), VAZ-2172 (Lada Priora–Hatchback), VAZ–2171 (Lada Priora universal), VAZ-2170 (Lada Priora-sedan), VAZ–1117 (Lada Kalina) kreditləşdirilməsini həyata keçirir. Kreditlər 6, 12 və 18 ay müddətinə verilir. İlkin ödəniş avtomobilin dəyərinin minimum 30%-ni təşkil etməlidir. Kreditin minimal məbləği 500 manat, maksimal məbləği isə avtomobilin dəyərinin 75%-i həcmində ola bilər.

Qeyd edək ki, «Bank of Baku» avtomobillərin kreditləşməsinə 2001-ci ildən başlayıb. İndiyədək bank tərəfindən verilən avtokreditlərin ümumi sayı 18 mindən çoxdur.

Xatırladaq ki, «Bank of Baku» SKB 1994-cü ilin fevral ayında «Tuqay Bank» adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə yerli fiziki şəxs çıxış edir. Bankın ölkə üzrə 15 filialı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR