Bank Of Baku

Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatlarının azalması davam edir

Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatlarının azalması davam edir
# 04 fevral 2010 09:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 2010-cu ilin fevral ayının 1-nə 5 139,5 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 836,4 mln. dollar və ya 14% azdır. AMB-dən «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda yanvar ayında valyuta ehtiyatlarının həcmi 36,1 mln. dollar və ya 0,7% azalıb:




Göründüyü kimi, ötən ilin ilk 4 ayı ərzində kəskin azalma müşahidə olunub, sonrakı dövrdə isə müəyyən dərəcədə dəyişkənlik müşahidə olunub, lakin avqust ayından valyuta ehtiyatlarının tədricən artması, dekabr və yanvar aylarında isə azalması baş verib. Qeyd edək ki, rəsmi valyuta ehtiyatlarının kiçik çərçivədə korrelyasiyası əsasən ehtiyatların yerləşdiyi valyutaların məzənnə dəyişkənliyi ilə bağlı olur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR