Bank Of Baku

Yanvarda Azərbaycanda pul bazası kəskin azalıb

Yanvarda Azərbaycanda pul bazası kəskin azalıb
# 04 fevral 2010 10:08 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda manatla pul bazasının həcmi 2010-cu ilin fevralın 1-nə 4 559,1 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2009-cu ilin fevralın əvvəli ilə müqayisədə bu göstərici 258,9 mln. manat və ya 6% artıb. Eyni zamanda, cari ilin yanvar ayı ərzində pul bazasının 301,9 mln. manat və ya 6,2% azalması baş verib.

Qeyd edək ki, pul bazasına dövriyyədə olan nağd pullar və mərkəzi bankda saxlanılan kommersiya banklarının vəsaitləri daxildir. Beləliklə, manat pul bazasının azalması həmin tərkib hissələrin hər ikisinin və ya onlardan birinin kəskin azalması nəticəsində baş verə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR