Bank Of Baku

AİB-in özəl sektor üzrə missiyası Azərbaycana gəlib

AİB-in özəl sektor üzrə missiyası Azərbaycana gəlib
# 10 fevral 2010 13:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Asiya İnkişaf Bankının (AİB) özəl sektor üzrə missiyası Azərbaycana gəlib.

AİB-in Bakıdakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, missiyaya bankın investisiyalar üzrə baş mütəxəssisi Don Purka (Don Purka) başçılıq edir.

Missiyanın tərkibinə bankın investisiyalar üzrə mütəxəssisi Tomas Metyu Minnix (Thomas Matthew Minnich) daxildir. Fevralın 12-dək davam edəcək səfər çərçivəsində AİB-in nümayəndələri Azərbaycanın bir sıra özəl şirkətlərlə görüşlər keçirəcək, ölkənin özəl sektorunun mövcud vəziyyəti ilə tanış olacaq.

Xatırladaq ki, hazırda AİB Azərbaycan Beynəlxalq Bankı, «Bank Respublika», «Bank of Baku» və digər banklarla əməkdaşlıq edərək, bu qurumlara kredit şəklində maliyyə vəsaiti ayırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR