Bank Of Baku

«MBASK» sığorta şirkəti əlavə səhm emissiyasının yerləşdirilməsinə başlayır

«MBASK» sığorta şirkəti əlavə səhm emissiyasının yerləşdirilməsinə başlayır
# 11 fevral 2010 08:25 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu gündən etibarən Bakı Fond Birjasında (BFB) «MBASK» sığorta şirkətinin adi adlı sənədsiz səhmlərinin yerləşdirilməsinə başlanılır. BFB-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 200 manat, sayı 5 min ədəd, emissiyanın ümumi həcmi isə 1 mln. manat təşkil edir.

«MBASK»ın səhmlərinin yerləşdirilməsində adderayter rolunda «UniCapital» şirkəti çıxış edir. Səhmləri əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilər.

Emissiyanın yerləşdirilməsi uğurlu başa çatacağı təqdirdə şirkətin nizamnamə kapitalı 50% artaraq 3 mln. manata çatdırılacaq.

Xatırladaq ki, «MBASK» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkətin təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (30%) və fiziki şəxslər çıxış edir. Ötən il ərzində şirkətin topladığı sığorta haqlarının həcmi 7,556 mln. manat, ödənişləri isə 5,294 mln. manat olub. Hazırda şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR