Bank Of Baku

Azərbaycan bankları maliyyə sektorundan cəlb etmələrini 37% artırıb

Azərbaycan bankları maliyyə sektorundan cəlb etmələrini 37% artırıb
# 11 fevral 2010 08:31 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları tərəfindən maliyyə sektorundan alınmış kredit və depozitlərin həcmi 2010-cu ilin yanvar ayının 1-nə 4 477,88 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici 2009-cu il ərzində 1 212,51 mln. manat və ya 37,1% artıb.

Qeyd edək ki, artımın əsas hissəsi Mərkəzi Bank tərəfindən təqdim edilmiş kreditlərin payına düşür. Belə ki, ötən il ərzində mərkəzləşdirilmiş kreditlərin həcmi 1 086,4 mln. manat artıb. Eyni zamanda, bankların maliyyə sektorundan aldığı vəsaitlərin digər mənbəyi olan xarici kreditlər üzrə ötən il 125,2 mln. manat həcmində azalma baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR