Bank Of Baku

Bakıda Korporativ İdarəetmə üzrə Standart və Normalara Əməl Olunma Hesabatının təqdimatı keçirilib

Bakıda Korporativ İdarəetmə üzrə Standart və Normalara Əməl Olunma Hesabatının təqdimatı keçirilib
# 11 fevral 2010 09:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Dünya Bankının (DB) Korporativ İdarəetmə üzrə Standart və Normalara Əməl Olunma Hesabatının təqdimatı keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən DB-nın Azərbaycan nümayəndəliyinin rəhbəri Qreqori Yedjeyçak DB ilə Azərabycan hökuməti korporativ idarəetmə sahəsində, həmçinin Azərbaycanın 10-20 ildən sonra hansı səviyyəyə qalxması, ölkədə perspektivlərin mövcudluğunu müzakirə etdiyini, lakin bütün bunlara nail olmaq üçün diversifikasiyanın tələb olduğunu bildirib. Xarici investorların cəlb edilməsindən danışan Q.Yedjeyçak həmçinin qeyd edib ki, Azərbaycanın aparıcı şirkətləri dövlətə məxsusdur və investorların cəlb olunması üçün həmin qurumların idarə edilməsində təkmilləşmə işləri aparılmalıdır.

Tədbirdə çıxış edən Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı korporativ idarəetmənin əhəmiyyətindən danışarkən qeyd edib ki, keyfiyyətli korporativ idarəetmə şirkətlərdə şəffaflığın artırılmasına, xarici investorların cəlb olunmasına və bu kimi müsbət amillərin yaradılmasına kömək edir.

Toplatında çıxış edən İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi, Korporativ İdarəetməyə dair İşçi Qrupunun rəhbəri Anar Hacızadə isə öz növbəsində Standartların fəsillərindən danışıb və qeyd edib ki, sənəd altı fəsildən ibarətdir: «Birinci fəsil Müşahidə Şurasına, ikinci fəsil menecmentə, üçüncü fəsil maliyyə hesabatı və şəffaflıq, dördüncü və beşinci fəsillər səhmdarlara, altıncı fəsil isə xüsusi məsələlərə həsr olunub».

Daha sonra tədbirdə Korporativ İdarəetmə üzrə Standart və Normalara Əməl Olunma Hesabatının təqdimatı keçirilib ki, təqdimat çərçivəsində Azərbaycana müəyyən tövsiyyə və məsləhətlər verilib.

Qeyd edək ki, Azərbaycan Korporativ İdarəetmə Standartları yerli şirkətlərin idarəetmə ilə bağlı üzləşdiyi problemlərin həllinə dair zəruri vasitə və mexanizmləri əhatə edərək, səhmdarların hüquqlarının qorunması, idarəetmə orqanları arasında tarazlığın yaradılması, şəffaflığın təmin olunması və bu kimi digər qabaqcıl korporativ idarəetmə prinsiplərini özündə əks etdirir. Könüllü xarakter daşıyan bu Standartlar korporativ idarəetmə sahəsində mövcud qanunvericiliklə tənzimlənməyən münasibətlərə aydınlıq gətirir və qabaqcıl təcrübənin Azərbaycanda tətbiqinə xidmət edir.

Standartlar DB, Beynəlxalq Maliyyə Korporasiyası (IFC), İqtisadi İnkişaf Nazirliyi və QKDK tərəfindən hazırlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR