Bank Of Baku

Dünya Bankı Azərbaycan Fövqəladə Hallar Nazirliyi və ARDNŞ-a kredit ayırmayacaq

Dünya Bankı Azərbaycan Fövqəladə Hallar Nazirliyi və ARDNŞ-a kredit ayırmayacaq
# 11 fevral 2010 09:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Dünya Bankı (DB) Azərbaycanda həyata keçirilən «Abşeron yarımadasında neftlə çirklənmiş ərazilərin təmizlənməsi Layihəsi» çərçivəsində Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Neft Şirkətinə (ARDNŞ) nəzərdə tutulan kredit vəsaitlərini ayırmayacaq.

«APA-Economics»in məlumatına görə, bunu DB-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Qreqori Yedjeyçak bildirib.

Onun sözlərinə görə, DB-nin prinsiplərinə əsasən, 18 ay ərzində imzalanmadığı halda, istənilən layihə qüvvədən düşür: «Eyni zamanda Azərbaycan hökuməti layihələrin imzalanmaması qərarına gəlib. Ümid edirik ki, nəzərdə tutulmuş kredit vəsaiti digər bir məsələlərə tələb olunacaq».

Q.Yedjeyçak onu da qeyd edib ki, layihə çərçivəsində yalnız məişət tullantılarının idarə edilməsi sahəsinə yardıma 29,5 mln. ABŞ dollarının ayrılması qüvvədə qalıb.

Qeyd edək ki, «Abşeron yarımadasında neftlə çirklənmiş ərazilərin təmizlənməsi Layihəsi» çərçivəsində DB FHN-ə radioaktiv tullantıların təmizlənməsi üçün 74 mln. dollar, ARDNŞ-a isə 1 000 hektar ərazinin təmizlənməsi və avadanlıqların alınmasına 60 mln. dollar ayrılmasını nəzərdə tuturdu.

Xatırladaq ki, Abşeron yarımadasının neftlə çirklənmiş hissəsi 33,3 min hektar təşkil edir. Bunun 15 min hektarı ARDNŞ-nin balansındadır. Torpaqların təmizlənməsinə və rekultivasiyasına ARDNŞ tərəfindən artıq 63 mln. manat, Azərbaycanın dövlət büdcəsindən isə 18,5 mln. manat ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR