Bank Of Baku

Dünya Bankı ilə Azərbaycan hökuməti arasında yeni əməkdaşlıq strategiyası hazırlanır

Dünya Bankı ilə Azərbaycan hökuməti arasında yeni əməkdaşlıq strategiyası hazırlanır
# 11 fevral 2010 09:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünya Bankı (DB) ilə Azərbaycan hökuməti arasında növbəti 4 il üçün əməkdaşlıq strategiyasının layihəsinə dair konstruktiv müzakirələr aparılır. «APA-Economics»in məlumatına görə, bunu DB-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Qreqori Yedjeyçak bildirib.

Onun sözlərinə görə, hazırda sözügedən strategiyanın hazırlanmasına dair işlər aparılır, tərəflər arasında mütəmadi görüşlər keçirilir: «Biz öncə Azərbaycan hökumətinin prioritet hesab etdiyi layihələrin siyahısını verməsini istəyirik ki, bunlar dörd illik strategiya planının ilk iki ilini əhatə edəcək. Dörd il ərzində DB-nın strukturundakı banklardan borcalmaların həcminin təxminən 1 mlrd. ABŞ dolları təşkil edəcəyi gözlənilir».

Q.Yedjeyçak onu da bildirib ki, DB üçün Azərbaycanda əsasən hazrıda başlanılan layihələr prioritet sayılır: «Biz artıq başlanmış və uğurla davam etdirdiyimiz layihələri prioritet hesab edirik ki, bunlar avtomobil və dəmir yolları, aqrar və digər sahələrdə icra olunan layihələrdir».

Qeyd edək ki, Azərbaycan DB ilə 1992-ci ildən əməkdaşlıq edir. Ötən müddət ərzində bank təxminən 45 layihənin icrasına Azərbaycana 2 mlrd. ABŞ dollarından artıq maliyyə yardımı göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR