Bank Of Baku

«Atrabank»ın depozit portfeli ötən il 54% genişlənib

«Atrabank»ın depozit portfeli ötən il 54% genişlənib
# 11 fevral 2010 09:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atrabank» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin yanvar ayının 1-nə 37,209 mln. manat təşkil edib ki, bu da ötən ilin əvvəlinə nisbətən 5,76% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın depozit portfeli 53,85% genişlənərək 6,257 mln. manata, kredit portfeli 4,67% artaraq 25,582 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 21,56% artaraq 5,514 mln. manata çatıb. Bu müddət ərzində bankın məcmu kapitalı 1,42% azalaraq 10,901 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 10,425 mln. manat olub.

Qeyd edək ki, 2009-cu il ərzində bankın gəlirləri 22,51% azalaraq 3,218 mln. manat, xərcləri isə 22,37% azalaraq 3,200 mln. manat təşkil edib. Nəticədə, bankın mənfəəti 42,68% azalaraq 17,770 min manat olub.

Bundan başqa, bu dövrdə bank tərəfindən əlavə 2 filial açılıb, həmçinin 1 bankomat quraşdırılıb. Eyni zamanda, bankın işçilərinin sayı 38,89% artaraq 175 nəfərə, orta aylıq əmək haqqı isə 20,22% azalaraq 422 manata çatıb.

Xatırladaq ki, «Atrabank» ASC 1992-ci ildə yaradılıb. Hazırda bankın ölkə üzrə 13 filialı, 24 mübadilə məntəqəsi, 13 bankomatı və 40 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR