Bank Of Baku

Azərbaycan dövlət istiqrazlarının likvidliyini dəstəkləyəcək

Azərbaycan dövlət istiqrazlarının likvidliyini dəstəkləyəcək
# 11 fevral 2010 10:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan hökuməti dövlət qısamüddətli istiqrazların (DQİ) likvidliyinin saxlanmasına dair işləri davam etdirir. «APA-Economics»in məlumatına görə, bunu Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı bildirib.

Onun sözlərinə görə, sözügedən işlərin davam etdirilməsinə baxmayaraq, Azərbaycan DQİ-nin likvidliyini saxlanması üçün yeni sxemlər hazırlayır: «Biz dövlət qiymətli kağızları üçün market-meyker institutunu hazırlamaq niyyətindəyik. Həmçinin, sözügedən qiymətli kağızların yerləşdirilməsi üçün ilkin dilerlərin yaradılması məsələsi də müzakirə olunur. Biz daha səmərəli variantı seçib, yaxın gələcəkdə icranın daha aktiv fazasına yaxınlaşmaq ərəfəsindəyik».

Azərbaycan Mərkəzi Bankının (AMB) notlarından danışan R.Aslanlı onu da qeyd edib ki, cari il üçün qeydiyyatdan keçimiş notların həcmi ötənilki səviyyədə qalıb: «Notların yerləşdirilməsinin həcmi ölkədəki makroiqtisdi vəziyyətdən və AMB-nin bazarda ifrat likvidliyin sterilizasiyası ilə bağlı yürütdüyü siyasətdən asılı olacaq. Pul bazasının genişləndirilməsi və bankların stimullaşdırılması üçün AMB hələ məhdudiyyətli yerləşdirmə siyasətini tətbiq etmək məcburiyyətindədir. Bütün bunlar qlobal, o cümlədən ölkədəki makroiqtisadi proseslərdən asılıdır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR