Bank Of Baku

Azərbaycan qiymətli kağızlar bazarında artıq ilk şirkətlər listinqdən keçib

Azərbaycan qiymətli kağızlar bazarında artıq ilk şirkətlər listinqdən keçib
# 11 fevral 2010 10:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda hazırkı korporativ idarəetmə təcrübəsi 2005-ci ildəkindən əhəmiyyətli dərəcədə fərqlənir. «APA-Economics»in məlumatına görə, bunu Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı bildirib.

Onun sözlərinə görə, artıq Azərbaycanda korporativ idarəetmə sahəsində bir sıra əhəmiyyətli dəyişikliklər həyata keçirilib: «Qanunvericilikdə mühüm dəyişikliklər edilib – bura həm səhmdarların hüquqlarının dəqiq müəyyən edilməsi, həm səhmdar cəmiyyətlərinin idarəetmə iyerarxiyasının müəyyən edilməsi və onlar arasında səlahiyyət bölgüsünün dəqiq əks olunması, həm də səhmdar cəmiyyətlərinin daxili reqlament və prosedur dərəcələri kimi məsələri öz əksini tapıb».

R.Aslanlı onu da qeyd edib ki, korporativ idarəetmə sahəsində tərəqqi mövcuddur. Belə ki, ötən il ərzində ölkədə listinqin tətbiqinə başlanılıb və şirkətlər listinqdən keçərkən korporativ idarəetmə sistemini tətbiq etməlidir: «Artıq iki şirkət listinqdən keçib. Vacib amil odur ki, səhmdarlar korporativ idarəetmənin tətbiqinin mahiyyətini başa düşsün».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR