Bank Of Baku

Royal Bank Prosessinq Mərkəzi apreldə işə başlayacaq

Royal Bank Prosessinq Mərkəzi apreldə işə başlayacaq
# 11 fevral 2010 12:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Royal Bank» ASC bu ilin aprel ayında özünün yeni prosessinq mərkəzini (Royal Bank Prosessinq Mərkəzi) istifadəyə verəcək. Bunu «APA-Economics»ə açıqlamasında bankın Plastik kartlar Departamentinin direktoru Fərid Həsənov bildirib.

F.Həsənovun sözlərinə görə, mərkəzinin istifadəyə verilməsi üçün yaxın günlərdə «Visa» və «MasterCard» beynəlxalq ödəniş sistemlərinin yeni avadanlıqları quraşdırılacaq: «Artıq proqram təminatı alınıb və tətbiq olunub. Bütün proseslər bu ilin mart ayının birinci dekadasında başa çatdırılacaq. Daha sonra Mərkəz bir müddət test rejimində işləyəcək».

Qeyd edək ki, bank prosessinq mərkəzinin yaradılması ilə bağlı işlərə 2009-cu ilin yanvar ayında başlayıb. Bu mərkəz vasitəsi ilə ay ərzində 1 mln-dan artıq plastik kart üzrə əməliyyatların aparılması mümkün olacaq.

Xatırladaq ki, hazırda Azərbaycanda «MilliKart», «AzeriCard» və «Kapital Bank»ın təsis etdiyi prosessinq mərkəzləri fəaliyyət göstərir. Yaxın vaxtlarda «Texnikabank»ın da analoji mərkəzi istğifadəyə veriləcək.

Əsas təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank» SKB 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 144,606 mln. manat, depozit portfeli 63,746 mln. manat, kredit portfeli 103,598 mln. manat, məcmu kapitalı 21,215 mln. manat, o cümlədən nizamnamə kapitalı 20,622 mln. manat təşkil edib. Bankın ölkə üzrə 31 filialı, 8 mübadilə məntəqəsi, 31 bankomatı və 104 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR