Bank Of Baku

Rüfət Aslanlı: «Xarici investorların Azərbaycan fond bazarına marağı artır»

Rüfət Aslanlı: «Xarici investorların Azərbaycan fond bazarına marağı artır»
# 11 fevral 2010 13:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Xarici investorların Azərbaycanın qiymətli kağızlar bazarına marağı getdikcə artır. «APA-Economics»in məlumatına görə, bunu Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı bildirib.

Onun sözlərinə görə, ötən ilin ilk aylarında dünyanın bütün maliyyə bazarlarında likvidlik çatışmazlığı səbəbindən xarici investorlar öz aktivlərini sataraq kapitalını geri çəkirdi: «Azərbaycanda isə bu «mənzərə» 2009-cu ilin mart ayınadək müşahidə olunub. Belə ki, aprel ayından etibarən xarici investorların ölkənin qiymətli kağızlar bazarına marağı artmağa başlayıb ki, buna səbəb Azərbaycanın makroiqtisadi göstəriciləri, o cümlədən ÜDM-in artım tempi, sənaye istehsalının çoxalması və bu kimi amillər səbəb olub. Sözügedən göstəricilər xarici səhmdarlara əlavə stimul verib».

R.Aslanlı həmçinin qeyd edib ki, Azərbaycanın qiymətli kağızlar bazarı formalaşma mərhələsindədir və investorların maraq göstərdiyi alətlər dövlət qiymətli kağızlarıdır (notlar və xəzinə istiqrazları). Belə ki, dövlət qiymətli kağızlarında gəlirlik aşağı səviyyədədir: «Xarici investorlar ipoteka istiqrazları kimi alətlərə də maraq göstərir. Lakin investorların əsas diqqətində olan alət - səhmlərdir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR