Bank Of Baku

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində Ukraynanın Azərbaycandakı səfiri ilə görüş keçirilib

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində Ukraynanın Azərbaycandakı səfiri ilə görüş keçirilib
# 11 fevral 2010 16:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Boris Klimçuk ilə görüş keçirilib.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, görüşün əsas məqsədi iki ölkənin qiymətli kağızlar bazarının inkişafına dair imzalanmış «QKDK və Ukraynanın qiymətli kağızlar və fond bazarı üzrə Dövlət Komissiyası arasında qarşılıqlı Anlaşma Memorandumu»ndan irəli gələn strateji əməkdaşlığın, ümumən qiymətli kağızlar bazarında qarşılıqlı əməkdaşlıqın genişləndirilməsi istiqamətlərini və müsbət meyllərin möhkəmlənməsindən ibarət olub.

QKDK sədri Rüfət Aslanlı iki ölkə arasında iqtisadi əməkdaşlıq əlaqələrinin qurulması və genişləndirilməsinin hər iki tərəf üçün faydalı olacağını bildirərək, qiymətli kağızlar bazarında qarşılıqlı əməkdaşlıq imkanlarının daima genişlənməsini qeyd edib. Görüşdə yerli fond bazarının mövcud durumu, Azərbaycan və Ukrayna qiymətli kağızlar bazarlarının infrastrukturunun inkişafı sahəsində əməkdaşlıq imkanlarının genişlənməsinin vacibliyi qeyd edilib, ölkələr maliyyə qurumları arasında əməkdaşlığın genişləndirilməsinin məqsədəuyğunluğu vurğulanıb.

Öz növbəsində B.Klimçuk bildirib ki, Azərbaycanda son illər müşahidə olunan iqtisadi inkişaf templəri QKDK tərəfindən qeyd olunan məsələlərin aktuallığını bir daha göstərir. Səfir ikitərəfli münasibətlərin inkişafından tam razı olduqlarını bildirərək, münasibətlərdə müsbət dinamikanın müşahidə olduğunun zəruriliyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR