Bank Of Baku

Azərbaycan və Moneyval əməkdaşlığı on-line rejimdə davam etdirəcək

Azərbaycan və Moneyval əməkdaşlığı on-line rejimdə davam etdirəcək
# 12 fevral 2010 07:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Avropa Şurasının çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı tədbirlərin qiymətləndirilməsi üzrə ekspert qrupu (Moneyval) ilə on-line rejimdə əməkdaşlığa keçib. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı bildirib.

Onun sözlərinə görə, ötən ilin dekabr ayında Moneyval Azərbaycan üzrə keçirilən monitorinqin dayandırılması barədə qərara gəlib: «Azərbaycan çirkli pulların yuyulmasına dair maliyyə tədbirlərinin qiymətləndirilməsinə dair ekspert qrupu tərəfindən qarşısına qoyulduğu xüsusi prosedurların üçüncü raundunu keçib. Bundan sonra Azərbaycan və Moneyval əməkdaşlığı on-line rejimdə davam etdirəcək. Biz dördüncü raunda hazırlıq işləri görürük ki, bu raundun qrafiki hələ müəyyənləşdirilməyib».

Qeyd edək ki, Moneyval 27 iştirakçı ölkənin onlar tərəfindən təqdim olunan hesabatların monitorinqini aparan qurumdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR