Bank Of Baku

Azərbaycan Bank Tədris Mərkəzi Avropa Yenidənqurma və İnkişaf Bankının məsləhətçisi seçilib

Azərbaycan Bank Tədris Mərkəzi Avropa Yenidənqurma və İnkişaf Bankının məsləhətçisi seçilib
# 12 fevral 2010 07:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Bank Tədris Mərkəzi (ABTM) rəsmi olaraq Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Biznes Məsləhət Xidmətləri (BAS/Busines Advisory Services) Proqramının məsləhətçisi seçilərək, müvafiq akkreditasiyadan keçib.

ABTM-dən «APA-Economics»ə verilən məlumata görə, bu proqram çərçivəsində ABTM tərəfindən yerli şirkətlər üçün korporativ treninqlər və məsləhətlər verilən zaman göstərilən xidmətin növündən və xüsusiyyətindən asılı olaraq xərclərin 40-70%-ni BAS Proqramı öz üzərinə götürə bilər.

Qeyd edək ki, bu proqram alkoqollu içkilər, tütün məmulatı istehsal edənlər, maliyyə və neft sektorlarında fəaliyyət göstərən, 250 nəfərdən çox işçisi olan şirkətlərə xidmət göstərmir. Eyni zamanda, müraciət edən şirkət ən azı iki il fəaliyyətdə olmalıdır.

Xatırladaq ki, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) BAS Proqramı məsləhət xidmətləri layihələrini maliyyələşdirməklə Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına kömək göstərir. BAS Proqramı şirkətin hansı sahədə məsləhətin tələb olunmasını və məsləhət xidmətinin müəyyən edilməsi məqsədilə birbaşa şirkətin özü ilə əməkdaşlıq edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR