Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı ötən il üzrə Pul İcmalını açıqlayıb

Azərbaycan Mərkəzi Bankı ötən il üzrə Pul İcmalını açıqlayıb
# 12 fevral 2010 08:43 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Ötən il Azərbaycan Mərkəzi Bankının pul siyasəti antiböhran xarakteri daşıyaraq makroiqtisadi və maliyyə sabitliyinin qorunmasına, sistem əhəmiyyətli bankların və müəssisələrin fəaliyyətinin stabilləşdirilməsinə, iqtisadiyyatın pula olan zəruri tələbatının ödənilməsinə yönəlib. «APA-Economics» xəbər verdiyi kimi, bu barədə Mərkəzi Bank tərəfindən hazırlanmış 2009-cu ilin Pul İcmalında bildirilir.

İcmalda qeyd olunur ki, 2009-cu ilin I rübündə pul siyasətinin əsas ağırlıqı məzənnə siyasətinin üzərinə düşüb ki, ölkəyə xarici maliyyə axınlarının azalmasına və qonşu ölkələrdəki devalvasiya dalğasının psixoloji təsirinə baxmayaraq, manatın məzənnəsinin sabitliyi qorunub. Mərkəzi Bank valyuta bazarında tələb və təklifi vaxtında tarazlaşdırıb, nəticədə, manatın məzənnəsinin kəskin ucuzlaşmasının qarşısı alınıb. Manatın məzənnəsinin sabitliyi idxalın və daxili istehsalda istifadə olunan xarici mənşəli əmtəələrin kəskin bahalaşması, habelə əhalinin əmanətlərinin dəyərsizləşməsi, xarici valyutada borc yükünün artması, manata etimadın azalması və iqtisadiyyatda yüksək dollarlaşmanın qarşısını alıb. Daxili istehlak bazarında idxalın xüsusi çəkisinin əhəmiyyətli olması şəraitində yeridilmiş məzənnə siyasəti 2009-cu ildə orta illik inflyasiyanın 1,5% səviyyəsində saxlanmasında mühüm rol oynayıb.

Aşağı inflyasiya və məzənnə sabitliyi əhalinin sosial vəziyyətinin qorunmasına imkan verib, əhalinin pul gəlirlərinin real artımı dövr ərzində 6,4% olub. İnflyasiyanın aşağı səviyyəsi və çoxtərəfli məzənnənin əlverişli olması ölkənin rəqabət qabiliyyətliyinin qorunmasına da imkan verib, il ərzində manatın çoxtərəfli real məzənnəsi 3,5% ucuzlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR