Bank Of Baku

DəmirBank”ın əmanətçiləri arasında keçirilən “YUBİLEY” uduş kampaniyası yekunlaşıb

DəmirBank”ın əmanətçiləri arasında keçirilən “YUBİLEY” uduş kampaniyası yekunlaşıb
# 12 fevral 2010 08:58 (UTC +04:00)
Bakı – APA-Economics. Azərbaycanın “DəmirBank” ASC 20 illiyi ilə bağlı əmanətçilər arasında “Yubiley” uduş kampaniyasına yekun vurub.

Bankın baş ofisindən “APA-Economics”ə verilən məlumata görə, “Yubiley” kampaniyası oktyabr 2009 - yanvar 2010-cu il müddətini əhatə edib.

Kampaniyanın hədiyyələri “TOYOTA RAV4” avtomobili, hər biri 7 günə 2 nəfərlik Praqa, Vyana, Milan və Paris səyahətləri, 15 ədəd videokameradan ibarət olub.

Kampaniyanın sonuncu tirajının nəticələrinə əsasən “Toyota RAV4” avtomobilinin qalibi olan bankın Mərkəz filialının əmanətçisinə avtomobil təqdim olunub. Təqdimetmə mərasimində bankın rəhbərliyi və bir sıra əməkdaşları ilə yanaşı, media nümayəndələri də iştirak edib.

Qeyd edək ki, Azərbaycanın ilk banklarından olan “DəmirBank” (əvvəlki adı “Azərdəmiryolbank”) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR