Bank Of Baku

Azərbaycandakı kredit ittifaqlarının məcmu aktivlərinin həcmi 21,6 mln. manata çatıb

Azərbaycandakı kredit ittifaqlarının məcmu aktivlərinin həcmi 21,6 mln. manata çatıb
# 12 fevral 2010 12:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının məcmu aktivlərinin həcmi 2010-cu il yanvar ayının 1-nə 21,572 mln. manat, verilmiş kreditlərin həcmi isə 62,814 mln. manat təşkil edib.

Azərbaycan Kredit İttifaqları Assosiasiyasından (AKİA) «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə verilmiş kreditlərin ümumi sayı 41 551, kredit almış üzvlərin sayı isə 25 678 nəfər olub.

Həmçinin, ötən il ərzində ödənilməmiş kreditlərin sayı 10 390, ödənilməmiş kreditlərin həcmi isə 18,894 mln. manat təşkil edib.

AKİA-dan bildirib ki, kredit ittifaqlarının ehtiyat kapitallarının həcmi cari ilin yanvar ayının 1-nə 892,050 min manata, məcmu nizamnamə kapitalı isə 5,553 mln. manata çatıb. Hesabat ilinin sonuna fəaliyyət göstərən kredit ittifaqlarının sayı 58, kredit ittifaqlarında çalışan işçilərin sayı isə 265 nəfər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR