Bank Of Baku

«AGBank»ın aktivləri ötən il 13% artıb

«AGBank»ın aktivləri ötən il 13% artıb
# 12 fevral 2010 13:07 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AGBank» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin yanvar ayının 1-nə 239,551 mln. manat təşkil edib ki, bu da ötən ilin əvvəlinə nisbətən 13,4% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın depozit portfeli 10,7% azalaraq 116,494 mln. manat, kredit portfeli 20,7% artaraq 186,558 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 3,1% artaraq 12,496 mln. manat olub. Bu müddət ərzində bankın məcmu kapitalı 6,1% artaraq 31,802 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 15 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən il bankın gəlirləri 6,1% artaraq 36,701 mln. manata, xərcləri isə 38,5% artaraq 36,600 mln. manata çatıb. Nəticədə, bankın mənfəəti 81 dəfə azalaraq 101 min manat olub.

Bu müddət ərzində bankın işçilərinin sayı 13,5% ataraq 471 nəfərə, orta aylıq əmək haqqı 16% artaraq 870 manat, müştərilərin sayı isə 8,73% artaraq 87 037 nəfərə çatıb.

Xatırladaq ki, «AGBank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 16 filialı, 55 bankomatı və 366 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR