Bank Of Baku

«Bank of Azerbaijan» gələn həftə əlavə səhm emissiyasının yerləşdrilməsinə başlayacaq

«Bank of Azerbaijan» gələn həftə əlavə səhm emissiyasının yerləşdrilməsinə başlayacaq
# 12 fevral 2010 14:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin fevral ayının 15-dən Bakı Fond Birjasında (BFB) «Bank of Azerbaijan» ASC-nin dövlət qeydiyyatına alınmış adi adlı sənədsiz səhmlərinin yerləşdirilməsinə başlanacaq.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin ümumi sayı 500 min ədəd, bir səhmin nominal qiyməti qiyməti 20 manat, emissiyanın ümumi həcmi isə 10 mln. manat təşkil edir. Səhmlərin yerləşdirilməsində anderrayter rolunda «Respublika Invest» MMC çıxış edir. Emissiyanın yerləşdirilməsi uğurla başa çatacağı təqdirdə, bankın nizamnamə kapitalı 66,6% artaraq 25 mln. manata çatacaq.

Qeyd edək ki, təsisçisi «NEM Holding» və 2 fiziki şəxs olan «Bank of Azerbaijan» 1993-cü ildən fəaliyyət göstərir. Hazırda Bankın nizamnamə kapitalı 15 mln. manat təşkil edir. Bankın respublika üzrə 16 filialı, 26 bankomatı və 147 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR