Bank Of Baku

«CredAgro» ötən il müştəri bazasını 51% genişləndirib

«CredAgro» ötən il müştəri bazasını 51% genişləndirib
# 15 fevral 2010 06:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «CredAgro» qeyri-bank kredit təşkilatının kredit portfelinin həcmi 2010-cu ilin yanvar ayının 1-nə 35,520 mln. manata çatıb ki, bu da 2008-ci ilin yekunu ilə müqayisədə 13% azdır.

«CredAgro»nun Bakıdakı baş ofisindən «APA-Econonmics»ə verilən məlumata görə, hesabat ilində təşkilatın müştərilərinin sayı 51,33% artaraq 20 145 nəfərə çatıb.

Bu müddət ərzində təşkilatlın məcmu kredit portfelində 10,314 mln. manat istehlakçılar, 1,130 mln. manat liziq sektoru, 9,823 mln. manat ticarət, 1,695 mln. manat kənd təsərrüfatı, 10,129 mln. manat girovsuz biznes kreditləri, 0,468 mln. manat istehsal, 1,963 mln. manat isə digər sahələrə ayrılan kreditlərin payına düşüb.

Xatırladaq ki, təsisçisi ABŞ-ın ACDI/VOCA təşkilatı olan «CredAgro» Azərbaycanda 2000-ci ildən fəaliyyət göstərir. Təşkilatın respublika üzrə 14 filialı və 8 köməkçi ofisi var. «CredAgro» təşkilatı kreditləri illik 25-36% dərəcəsi ilə ayırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR