Bank Of Baku

«Fitch Ratings» agentliyi «DəmirBank»ın reytinqini təsdiqləyib

«Fitch Ratings» agentliyi «DəmirBank»ın reytinqini təsdiqləyib
# 15 fevral 2010 08:02 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Fitch Ratings» beynəlxalq reytinq agentliyi Azərbaycanın «DəmirBank» ASC-nin reytinqini əvvəlki səviyyədə («B-» reytinqi və «stabil» proqnoz) təsdiq edib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, reytinq göstəricilərinin bir daha təsdiqlənməsi dünyada iqtisadi böhran şəraitində bankın aktivlərinin münasib keyfiyyətini, beynəlxalq maliyyə təşkilatları tərəfindən stabil maliyyələşməni və münasib likvidlik ehtiyatını əks etdirir.

Agentliyin hesabatında 2009-cu ilin sonuna «DəmirBank»ın restrukturizasiya olunmuş kreditlərinin 0,7% və kapitallaşmanın adekvat səviyyədə olması da qeyd edilib. Cari ildə «DəmirBank»ın maliyyələşməyə olan ehtiyacı idarə olunan səviyyədədir. Bank beynəlxalq təşkilatlardan maliyyə vəsaitlərinin cəlb edilməsini davam etdirməyi nəzərdə tutur. Belə maliyyə vəsaitlərinin bir hissəsinin bankın ümumilikdə 35% həcmində səhm paketinə sahib olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti tərəfindən cəlb olunması gözlənilir.

Qeyd edək ki, «DəmirBank» ASC «Fitch Ratings» agentliyindən ilk dəfə 2004-cü ildə beynəlxalq reytinq alıb. Bank həmçinin 2009-cu ildə «Planet Rating» agentliyinin «pozitiv» proqnozlu «B+» reytinqini alıb.

Qeyd edək ki, «DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. Cari ilin yanvar ayının 1-nə banklın aktivlərinin həcmi 266,034 mln. manat, depozit portfeli 95,247 mln. manat, kredit portfeli 198,989 mln. manat, məcmu kapitalı 46,587 mln. manat, o cümlədən nizamnamə kapitalı 18,400 mln. manat təşkil edib. Hazırda bankın 29 filialı, 47 bankomatı və 259 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR