Bank Of Baku

Yaponiya dünyanın ikinci iqtisadiyyatı statusunu qoruyub saxlayıb

Yaponiya dünyanın ikinci iqtisadiyyatı statusunu qoruyub saxlayıb
# 15 fevral 2010 08:19 (UTC +04:00)
Bakı – APA-Economics. Yaponiya 2009-cu ilin yekunlarına əsasən ABŞ-dan sonra dünyanın ikinci iqtisadiyyatı statusunu qoruyub saxlayıb.

APA-Economics”in AFP-yə istinadən məlumatına görə, bu barədə Yaponiya hökuməti rəsmi açıqlamasında bildirilir.

Ötən il Yaponiyanın Ümumi Daxili Məhsulu 5,1 trln. dollar təşkil edib. ÜDM-i 4,9 trln. dollar təşkil edən Çinin ikinciliyi Yaponiyanın əlindən alması gözlənilsə də, bu baş verməyib. Əvəzində alıcılıq qabiliyyətinə görə Çin Yaponiyanı keçib.

Qeyd edək ki, Yaponiya inkişaf etmiş ölkələr arasında qlobal iqtisadi böhrandan daha çox əziyyət çəkib. Böhran ÜDM-in böyük hissəsini təşkil edən ixraca böyük zərbə vurub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR