Azərbaycanın ticarət şəraiti indeksi ötən il 29% yüksəlib
İcmala əsasən, maliyyə böhranı fonunda dünya bazarlarında qiymətlərin düşməsi ilə səciyyəvi olan 2009-cu ildə Azərbaycanın tədiyyə balansının profisiti əvvəlki illərlə müqayisədə bir qədər azalıb, bununla belə əlverişli xarici mövqe qorunub. Belə ki, xarici ticarət balansında müşayiət olunan müsbət meyllər davam edib, ticarət balansının profisiti isə müsbət olub. Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2009-cu ilin yanvar-noyabr aylarında xarici ticarət dövriyyəsi 18,6 mlrd. dollar təşkil edib ki, bunun da 13,2 mlrd. dolları ixracın, 5,4 mlrd. dolları isə idxalın payına düşüb. Nəticədə, dövr ərzində xarici ticarət balansında 7,8 mlrd. dollar həcmində profisit yaranıb.
Ötən ilin II rübündən başlayaraq qiymət baxımından beynəlxalq konyunkturun Azərbaycanın xeyrinə dəyişməsi nəticəsində ölkənin ixracını təşkil edən məhsulların qiymətləri idxalı təşkil edən məhsulların qiymətləri ilə müqayisədə daha sürətlə artmağa başlayıb. Nəticədə, ticarət şəraiti indeksi ilin əvvəlindən 29% yüksəlib. Bu, o deməkdir ki, dövr ərzində daha az ixrac hesabına daha çox mal və xidmət idxal etmək imkanları mövcud olub. Qeyd edək ki, ticarət şəraiti indeksi müəyyən baza dövrünə nəzərən hesablanmış ixrac qiymətləri indeksinin idxal qiymətləri indeksinə nisbəti kimi hesablanır.
AMB-nin icmalında göstərilir ki, tədiyyə balansının müsbət saldoya malik olması ölkənin strateji valyuta ehtiyatlarının artımından aydın görünür ki, 2010-cu ilin yanvarın 1-nə ölkənin strateji valyuta ehtiyatları 20,4 mlrd. dollara yaxın olub və bu, 27 aylıq mal və xidmətlərin idxalına kifayət edir. Mərkəzi Bankın valyuta ehtiyatları isə həmin tarixə 5,1 mlrd. dolları ötüb ki, bu da 7 aylıq mal və xidmət idxalını maliyyələşdirməyə kifayətdir.
Mərkəzi Bankın hesablamaları göstərir ki, 2009-cu ildə 9,3% real iqtisadi artımın 7,1 faiz bəndi daxili tələbin payına düşüb. Son istehlak xərcləri 2009-cu ildə iqtisadi artımın başlıca amili olub və əsasən ev təsərrüfatlarının istehlakından təsirlənib. Ötən ildə əhalinin pul gəlirləri real ifadədə 6,4% artıb və məcmu gəlirlərin 66,2%-i son istehlaka yönəldilib. Ümumilikdə, əhalinin son istehlak xərcləri 14,8 mlrd. manat və ya ÜDM-in 43%-ni təşkil edib.
İcmala əsasən, ÜDM-in artımı başlıca olaraq ticarət sektorundakı fəallıqdan təsirlənib ki, nəticədə, ÜDM-in 56.7%-i ticarət sahələrin payına düşüb və bu sahələr ümumi artımda 7,7 faiz bəndi səviyyəsində iştirak edib. Dövr ərzində ticarət sektorun artımı əsasən sənayedəki yüksək artım şərtləndirib ki, ticarət sektordakı 12%-lik artımın 11,7 faiz bəndi sənayenin payına düşüb. Sənayenin artımında isə neft sənayesi həlledici rol oynayıb.
Ötən il ərzində makroiqtisadi tarazlıq xarici balansın dəyişməsi və daxili tələbin dinamikasının təsiri altında formalaşıb. Məcmu tələbin xarici maliyyə mənbələrinin məhdudlaşması nəticəsində əsasən ilin birinci yarısında deflyasiya zonasına daxil olan iqtisadiyyat məcmu tələbin artırması hesabına dəstəklənməsi və xarici konyunkturun yaxşılaşması nəticəsində ilin ikinci yarısında deflyasiya zonasından çıxıb. Belə ki, beynəlxalq əmtəə bazarlarında qiymətlərin azalması, xüsusən də ərzağın ucuzlaşması, habelə məcmu tələbin artım tempinin yavaşıması ilin birinci yarısında 3%-lik deflyasiyaya səbəb olub. İyul-dekabr aylarında isə dünya əmtəə bazarlarında qiymətlərin qalxmağa başlaması, Mərkəzi Bankın pul siyasətini radikal yumşaltması hesabına məcmu tələbin aktiv dəstəklənməsi nəticəsində deflyasiya səngiyib və 2009-cu ilin iyul-dekabr aylarında 3,7%-lik inflyasiya qeydə alınıb. Nəticədə, il ərzində orta illik inflyasiya 1,5% təşkil edib ki, orta illik inflyasiyanın belə aşağı səviyyədə saxlanılması bütün sosial göstəricilərin real artımına müsbət təsir edib.
Maliyyə
“PAŞA Sığorta” Vətən müharibəsi şəhidlərinin övladlarının “Məzun Günü”nə dəstək olub
Yelo Bank əməkhaqqı kartlarının sifarişi prosesini tam rəqəmsallaşdırıb
Bu günün valyuta məzənnələri
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
Xəbər Lenti
Mətbuat Şurasında ictimai müzakirə keçirilib
ABŞ-a girişinə icazə verilməyən somalili hakim UEFA Super Kubokunun finalını idarə edəcək
Qusarın Laza kəndində sürüşmə olub - YENİLƏNİB
AmCham Azərbaycan “Technovation by PMI” Forumuna həmtəşkilatçılıq edib
Tramp: İranda elektrik stansiyaları və körpüləri vurmaq istəmirik, xalq əziyyət çəkir
Erden Timur azadlığa buraxılıb
Göygöldə 2 uşaq göldə boğularaq ölüb - YENİLƏNİB
Tramp amerikalıların İranın Xarq adasını ələ keçirməyi dəstəkləməyəcəyini bildirib
“Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər” mövzusunda ictimai müzakirə keçirilib
Ötən ay 68 şəxs Avropa ölkələrindən Azərbaycana qaytarılıb
Rus Pravoslav Kilsəsinin Tehrandakı yeganə məbədi qarət edilib
Tramp: Quru qoşunlarını göndərmək istəmirəm, yoxsa günü sabah İrana girə bilərik
Emin Əmrullayev və Teymur Musayev Qarabağ Universitetinin Klinikasında olublar
Ermənistan Azərbaycandan qaz almaq ehtimalını istisna etmir
İqtisadi Şurada Ələt Azad İqtisadi Zonası və Xidmət sektoruna dair müzakirə aparılıb
Fransa müstəmləkəçiliyinin növbəti qurbanları: Basklar və bretonlar - TƏHLİL
Azərbaycanda bu il məzun olan şagirdlərin sayı açıqlanıb
Rusiya karantin altında olan bütün məhsulların Ermənistandan idxalını məhdudlaşdırır
Hikmət Hacıyev Slovakiya XİN-in dövlət katibi ilə görüşüb
Növbəti iki gün Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
“PAŞA Sığorta” Vətən müharibəsi şəhidlərinin övladlarının “Məzun Günü”nə dəstək olub
Körfəz ölkələrinə vurduğu maddi ziyan İranın dondurulmuş bank hesablarından ödəniləcək
DİM: II və III qruplar üzrə qəbul imtahanının nəticələri gələn həftə elan ediləcək
Küveyt son iki gündə İranın atdığı 24 dronu zərərsizləşdirib
Culfada yanğında xəsarət alan azyaşlı ölüb, anasının müalicəsi davam edir - FOTO - YENİLƏNİB
“OPEC+”a daxil olmayan ölkələrdə 2026-2027-ci illər üçün neft hasilatı üzrə proqnoz açıqlanıb
Qlobal neft tələbatının artım tempi gələn il daha da sürətlənəcək - PROQNOZ
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
Rəşad Məcid: Azərbaycanda böyük sosial şəbəkələrin nümayəndəliklərinin açılması vacibdir
OPEC Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb
Sabunçuda evdən 14 min manatlıq qızıl oğurlanıb
Bu gün Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərilib - YENİLƏNİB
ABŞ ordusu bu həftə İrana qarşı blokadanı yarmağa çalışan üçüncü tankeri sıradan çıxarıb
Ərdoğan və Şahbaz Şərif Paşinyanı təbrik ediblər
Hikmət Hacıyev: 4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır
Böyük Britaniyanın müdafiə naziri istefa verib
Bakı Metropoliteni yay qrafikinə keçir
Rusiyada Novruz bayramına ümummilli status verilə bilər
Əraqçi ABŞ-ın zərbələrinin atəşkəsi təsirsiz etdiyini Kallasın diqqətinə çatdırıb
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
Ermənistanda zabit tank təlimləri zamanı ölüb
Yelo Bank əməkhaqqı kartlarının sifarişi prosesini tam rəqəmsallaşdırıb
Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir
Rusiya XİN-də Britaniya, Fransa və Almaniya səfirləri ilə görüş keçirilib
Azərbaycanda ilk dəfə damazlıq yumurta istehsalına görə subsidiya veriləcək
“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verilib
Bruney-Darüssalamın Sultanı Prezident İlham Əliyevi təbrik edib
“Azərpoçt” “Boston 2026” Dünya Filateliya Sərgisində təmsil olunub
İranın Körfəzdə yeni nəzarət qurumu Hörmüz boğazının tam bağlanması əmrini təsdiqləyib
Aqrar sahə və balıqçılıq haqqında yeni qanunlar hazırlanacaq