Bank Of Baku

Rusiyada milyarderlərin sayı 49-dan 77-yə yüksəlib - REYTİNQ

Rusiyada milyarderlərin sayı 49-dan 77-yə yüksəlib - <font color=red>REYTİNQ</font>
# 15 fevral 2010 10:20 (UTC +04:00)
Bakı – APA-Economics. Rusiyanın ən zəngin adamlarının siyahısı açıqlanıb. “APA-Economics”in məlumatına görə, böhran ilində Rusiyanın dollar milyarderlərinin sayı 49-dan 77-yə yüksəlib.

“Finans” jurnalı tərəfindən tərtib olunan siyahıya Novolipetsk Metallurgiya Kombinatının Direktorlar Şurasının sədri Vladimir Lisin başçılıq edir. 54 yaşlı Lisinin sərvəti 18,8 mlrd. dollar həcmində qiymətləndirilir. 2008-ci ildə o, 7,7 mlrd. dollarlıq sərvətlə üçüncü yerdə olub.

Ötən il 14,1 mlrd. dollarlıq varidatı ilə Rusiyanın ən varlı adamı olan “Oneksim” Qrupunun prezidenti Mixail Proxorov ikinci yerdə qərarlaşıb – 17,85 mlrd. dollar.

Üçüncü yerdə İngiltərənin “Çelsi” futbol klubunun sahibi Roman Abramoviç gəlir – 17 mlrd. dollar.

Reytinq cədvəlinin ilk onluğu belədir:

4. “Nafta Moskva”nın sahibi Süleyman Kərimov – 14,5 mlrd. dollar.

5. “Alfa-Qrup”un sahibi Mixail Fridman - 14,3 mlrd. dollar.

6. “Bazoviy element”in baş direktoru Oleq Deripaska - 13,8 mlrd. dollar.

7. “Metalloinvest”in sahibi Alişer Usmanov – 12,4 mlrd. dollar.

8. “LUKoil”un prezidenti Vahid Ələkbərov – 10,65 mlrd. dollar.

9. “Severstali”nin baş direktoru Aleksey Mordaşov – 10 mlrd. dollar.

10. “İnterros”un prezidenti Vladimir Potanin – 9,95 mlrd. dollar.

Qeyd edək ki, Rusiya milyarderlərinin siyahısında dörd pillə geriləyən Vahid Ələkbərovdan başqa daha bir neçə azərbaycanlının adı var. “Transmaşholdinq” şirkətinin sahibi İsgəndər Mahmudov 3,9 mlrd. dollarla 26-cı, “Nortqaz” şirkətinin sahibi Fərhad Əhmədov 1,7 milyard dollarla 49-cu yerdə qərarlaşıb. Məşhur həmyerlimiz, AST Şirkətlər Qrupunun prezidenti Telman İsmayılov isə biznesini Türkiyəyə keçirdiyi üçün artıq Rusiya milyarderlərinin sırasını tərk edib. O, Rusiyadakı 860 mln. dollarlıq varidatı ilə 87-ci yerdə qərarlaşıb. “Crocus Group” şirkətinin sahibi Araz Ağalarovun var-dövləti 700 mln. dollar civarında dəyərləndirilib. O, Rusiyanın 99-cu milyarderidir.

Maraqlıdır ki, 2009-cu ildə Rusiyada təkcə milyarderlərin sayında yox, həm də ilk onluqda qərar tutanların varidatının həcmində artım qeydə alınıb. 2008-ci ildə 76 mlrd. dollar təşkil edən bu göstərici ötən il 139 mlrd. dollar olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR