Bank Of Baku

Daha bir Azərbaycan bank brendini dəyişir

Daha bir Azərbaycan bank brendini dəyişir
# 15 fevral 2010 11:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərnəqliyyatbank» ASC yaxın bir ay ərzində brendini dəyişmək niyyətindədir. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədri Emin Məmmədov bildirib.

E.Məmmədovun sözlərinə görə, rebrendinq məsələləri bankın müvafiq işçi qrupu məşğuldur və artıq proses başa çatmaq üzrədir: «Ümid edirəm ki, yaxın bir ay ərzində bütün işlər yekunlaşacaq».

Bankın yeni brendinin qısa olacağını bildirən E.Məmmədov bu adı açıqlamaq istəməyib.

Xatırladaq ki, «Azərnəqliyyatbank» ASC 1989-cu ildə yaradılıb. Bankın səhmlərinin 58,6%-i fiziki şəxslərə, 41,4%-i isə hüquqi şəxslərə məxsusdur. Cari ilin yanvar ayının 1-nə 71,317 mln. manat, kredit portfeli 20,526 mln. manat, depozit portfeli 44,224 mln. manat, məcmu kapitalı 26,525 mln. manat, o cümlədən nizamnamə kapitalı 25,215 mln. manat olub. Hazırda bankın ölkə üzrə 8 filialı, 20 bankomatı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR