Bank Of Baku

Azərbaycanın mütəşəkkil banklararası kredit bazarında manatla bağlanmış əqdlərin həcmi ötən il kəskin azalıb

Azərbaycanın mütəşəkkil banklararası kredit bazarında manatla bağlanmış əqdlərin həcmi ötən il kəskin azalıb
# 15 fevral 2010 11:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın mütəşəkkil banklararası kredit bazarında 2009-cu ildə əqdlər manat, dollar və avroda bağlanılıb. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, manatla bağlanmış əqdlərin ümumi həcmi 43 mln. manat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 3,4 dəfə azdır. Bağlanmış əqdlər üzrə orta illik faiz dərəcəsi 14,5% təşkil edib.

Ötən il ərzində ABŞ dolları ilə bağlanmış əqdlərin ümumi həcmi 50,7 mln. dollara, orta illik faiz dərəcəsi isə 14,6%-ə bərabər olub. Dollarla bağlanmış əqdlərin həcmi üzrə illik azalma 2,1 dəfə təşkil edib.

Avro ilə bağlanmış kredit əqdlərinin ümumi həcmi 38,7 mln. avro təşkil edib ki, bu da əvvəlki ilin göstəricisindən 2,1 dəfə çoxdur. Bu seqment üzrə orta illik faiz dərəcəsi isə 15,3%-ə bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR