Bank Of Baku

Böyük Britaniya tarixində ən böyük lotereya uduşu qeydə alınıb

Böyük Britaniya tarixində ən böyük lotereya uduşu qeydə alınıb
# 15 fevral 2010 13:22 (UTC +04:00)
Bakı – APA-Economics. Böyük Britaniya tarixində ən böyük lotereya uduşu qeydə alınıb.

APA-Economics”in Britaniya mətbuatına istinadən məlumatına görə, cek-potun məbləği 56,5 mln. funt-sterlinq (88 784 028 dollar) təşkil edib. Uduşun sahibi isə İngiltərənin Qlosterşir qraflığının Sayrenster şəhərindən olan cütlük olub.

“EuroMillions” lotereyasının cek-potu sayəsində cütlük Böyük Britaniyanın zəngin adamlarının siyahısında avtomatik olaraq 980-ci yeri tutub. Onlar hətta məşhur “Oasis” qrupunun üzvləri Layama və Noela Qallaherləri (52 mln. funt), rejissor Qay Riçi (50 mln. funt) və aktyor ser Maykl Keyni (45 mln. funt) qabaqlayıblar.

Qeyd edək ki, “EuroMillions” lotereyası Böyük Britaniya, İspaniya, Fransa, Avstriya, Belçika, İrlandiya, Lüksemburq, Portuqaliya və İsveçrədə keçirilir. Lotereyanın əsas uduşu 15 mln. avrodan başlayır. İndiyədək bir nəfərə qeydə alınmış ən böyük uduş 115 mln. avro, ən böyük cek-pot isə 183 mln. avro təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR