Azərbaycan Maliyyə Nazirliyində ilin yekunlarına dair kollegiya iclası keçirilib
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, kollegiya iclasında çıxış edən ölkənin maliyyə naziri Samir Şərifov qeyd edib ki, 2009-cu il əlverişsiz xarici mühit faktorlarına baxmayaraq həyata keçirilən iqtisadi siyasət tədbirləri hesabına Azərbaycan böhranın mənfi fəsadlarını uğurla dəf etməyə nail olub: «Ötən il qlobal böhranın mənfi fəsadları ölkə iqtisadiyyatına sirayət etsə də, onun gündəlik həyatında praktiki olaraq hiss olunmayıb. Bütün sosial proqramlar və tədbirlər fasiləsiz icra olunub, qarşıya qoyulmuş vəzifələr öz həllini tapmış, böhran ilinə baxmayaraq yüksək iqtisadi artıma nail olunub».
Nazir həmçinin qeyd edib ki, 2009-cu ildə sosialyönümlü tədbirlərin və xərclərin icrasına üstünlük verilib, müvafiq dövlət proqramlarının maliyyələşdirilməsi tam təmin edilib. Bu məqsədlər üçün dövlət büdcəsinin cari xərclərindən 2,763 mlrd. manat vəsait sərf edilib ki, bu da 2008-ci illə müqayisədə 450 mln. manat və ya 19,5% çoxdur.
S.Şərifovun onu da bildirib ki, 2010-cu ildə qarşıda duran mühüm vəzifələrindən biri «Büdcə sistemi haqqında» Qanununa müvafiq olaraq Azərbaycanın 2011-ci il dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin vaxtında və keyfiyyətlə hazırlanması işlərinin təşkilidir. Bununla bağlı qanunvericiliyə uyğun olaraq bir sıra normativ aktlar qəbul edilib və işlər həyata keçirilməkdədir.
Kollegiyada 2011-ci il üzrə dövlət büdcəsi layihəsinin və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin hazırlanması ilə bağlı qanunvericilik və normativ hüquqi aktlardan irəli gələn vəzifələrin icrasının normal həyata keçirilməsini, layihələrinin tərtibi zamanı ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin əsas götürülməsini, potensial vergi ödəyiciləri, hər bir gəlir növü üzrə real bazanın müəyyən edilməsini, büdcədən maliyyələşən ayrı-ayrı təşkilatların strukturunun təkmilləşdirilməsi ilə bağlı məqsədyönlü və səmərəli işin qurulmasının vacibliyini vurğuladı. Bununla yanaşı, rayon, şəhər maliyyə orqanlarına xərclərin strukturunun, normativ-hüquqi aktların, digər təyinatlı zəruri xərclərin strukturunun və onların icra mexanizminin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması və digər zəruri məsələlərlə bağlı tapşırıqlar verilib.
Müzakirələr zamanı çıxış edənlər hesabat ilində qarşıya qoyulan vəzifələrin ümumən icra edildiyini, yerli gəlirlər üzrə proqnozun icrasında yaranmış gərginliklə bağlı gəlir və xərclər arasında tarazlığın təmin edilməsi üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərdən rayon və şəhərlərə nəzərdə tutulan vəsaitin (dotasiyanın) artırılması istiqamətində hökumətin dəstəyini, dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərindən, dövlət büdcəsinin Ehtiyat Fondundan və Prezidentinin Ehtiyat Fondundan ayrılmış vəsaitlər hesabına rayon və şəhərlərdə ekologiya və əhalinin su təminatının yaxşılaşdırılmasını, qəza vəziyyətində olan məktəb binalarının, tibb, mədəniyyət və idman müəssisələrinin tikintisi, yenidən qurulması və onların maddi-texniki təminatının gücləndirilməsini, regionlarda abadlıq işlərinin genişləndirilməsini, büdcə xərclərinin icra mexanizminin təkmilləşdirilməsi və şəffaflığın artırılmasını, vəsaitlərin avtomatik uçotunun qurulmasını, onların daha da səmərəli istifadə edilməsini və nəzarətin gücləndirilməsini, xəzinədarlığın idarə edilməsində müasir informasiya sisteminin yaradılmasını və proqram təminatının təkmilləşdirilməsini, dövlət büdcəsindən açılan vəsaitlərin təyinatı üzrə və vaxtında çatdırılmasında operativliyin təmin edilməsi və lüzumsuz xərclərin aradan qaldırılması məqsədilə xəzinələrarası köçürmə sərəncamlarının elektron emalına başlanılmasını qeyd etdilər.
Çıxışlarda həmçinin, rayon, şəhər maliyyə orqanları tərəfindən dövlət büdcəsinin yerli gəlir və xərclərinin tərtibi və icrası prosesində, kargüzarlıq işlərinin, xəzinə əməliyyatlarının aparılmasında, maliyyə orqanlarının fəaliyyəti ilə bağlı hesabat və məlumatların vaxtında və keyfiyyətlə tərtib və təqdim edilməsində bir sıra nöqsanlara yol verildiyi qeyd edilib. Rayon, şəhər maliyyə orqanlarının rəhbərlərinə işlərində dönüş yaradılması üçün müvafiq tapşırıqlar verilib.
Kollegiya iclasının yekununda müzakirə edilən məsələyə dair müvafiq qərar qəbul edilb.
Maliyyə
“PAŞA Sığorta” Vətən müharibəsi şəhidlərinin övladlarının “Məzun Günü”nə dəstək olub
Yelo Bank əməkhaqqı kartlarının sifarişi prosesini tam rəqəmsallaşdırıb
Bu günün valyuta məzənnələri
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
Xəbər Lenti
Mətbuat Şurasında ictimai müzakirə keçirilib
ABŞ-a girişinə icazə verilməyən somalili hakim UEFA Super Kubokunun finalını idarə edəcək
Qusarın Laza kəndində sürüşmə olub - YENİLƏNİB
AmCham Azərbaycan “Technovation by PMI” Forumuna həmtəşkilatçılıq edib
Tramp: İranda elektrik stansiyaları və körpüləri vurmaq istəmirik, xalq əziyyət çəkir
Erden Timur azadlığa buraxılıb
Göygöldə 2 uşaq göldə boğularaq ölüb - YENİLƏNİB
Tramp amerikalıların İranın Xarq adasını ələ keçirməyi dəstəkləməyəcəyini bildirib
“Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər” mövzusunda ictimai müzakirə keçirilib
Ötən ay 68 şəxs Avropa ölkələrindən Azərbaycana qaytarılıb
Rus Pravoslav Kilsəsinin Tehrandakı yeganə məbədi qarət edilib
Tramp: Quru qoşunlarını göndərmək istəmirəm, yoxsa günü sabah İrana girə bilərik
Emin Əmrullayev və Teymur Musayev Qarabağ Universitetinin Klinikasında olublar
Ermənistan Azərbaycandan qaz almaq ehtimalını istisna etmir
İqtisadi Şurada Ələt Azad İqtisadi Zonası və Xidmət sektoruna dair müzakirə aparılıb
Fransa müstəmləkəçiliyinin növbəti qurbanları: Basklar və bretonlar - TƏHLİL
Azərbaycanda bu il məzun olan şagirdlərin sayı açıqlanıb
Rusiya karantin altında olan bütün məhsulların Ermənistandan idxalını məhdudlaşdırır
Hikmət Hacıyev Slovakiya XİN-in dövlət katibi ilə görüşüb
Növbəti iki gün Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
“PAŞA Sığorta” Vətən müharibəsi şəhidlərinin övladlarının “Məzun Günü”nə dəstək olub
Körfəz ölkələrinə vurduğu maddi ziyan İranın dondurulmuş bank hesablarından ödəniləcək
DİM: II və III qruplar üzrə qəbul imtahanının nəticələri gələn həftə elan ediləcək
Küveyt son iki gündə İranın atdığı 24 dronu zərərsizləşdirib
Culfada yanğında xəsarət alan azyaşlı ölüb, anasının müalicəsi davam edir - FOTO - YENİLƏNİB
“OPEC+”a daxil olmayan ölkələrdə 2026-2027-ci illər üçün neft hasilatı üzrə proqnoz açıqlanıb
Qlobal neft tələbatının artım tempi gələn il daha da sürətlənəcək - PROQNOZ
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
Rəşad Məcid: Azərbaycanda böyük sosial şəbəkələrin nümayəndəliklərinin açılması vacibdir
OPEC Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb
Sabunçuda evdən 14 min manatlıq qızıl oğurlanıb
Bu gün Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərilib - YENİLƏNİB
ABŞ ordusu bu həftə İrana qarşı blokadanı yarmağa çalışan üçüncü tankeri sıradan çıxarıb
Ərdoğan və Şahbaz Şərif Paşinyanı təbrik ediblər
Hikmət Hacıyev: 4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır
Böyük Britaniyanın müdafiə naziri istefa verib
Bakı Metropoliteni yay qrafikinə keçir
Rusiyada Novruz bayramına ümummilli status verilə bilər
Əraqçi ABŞ-ın zərbələrinin atəşkəsi təsirsiz etdiyini Kallasın diqqətinə çatdırıb
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
Ermənistanda zabit tank təlimləri zamanı ölüb
Yelo Bank əməkhaqqı kartlarının sifarişi prosesini tam rəqəmsallaşdırıb
Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir
Rusiya XİN-də Britaniya, Fransa və Almaniya səfirləri ilə görüş keçirilib
Azərbaycanda ilk dəfə damazlıq yumurta istehsalına görə subsidiya veriləcək
“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verilib
Bruney-Darüssalamın Sultanı Prezident İlham Əliyevi təbrik edib
“Azərpoçt” “Boston 2026” Dünya Filateliya Sərgisində təmsil olunub
İranın Körfəzdə yeni nəzarət qurumu Hörmüz boğazının tam bağlanması əmrini təsdiqləyib
Aqrar sahə və balıqçılıq haqqında yeni qanunlar hazırlanacaq