Bank Of Baku

«Azərnəqliyyatbank» filial şəbəkəsini genişləndirir

«Azərnəqliyyatbank» filial şəbəkəsini genişləndirir
# 16 fevral 2010 06:52 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərnəqliyyatbank» ASC 2010-cu il ərzində ölkə üzrə daha 5 filial açmaq niyyətindədir. Bankın İdarə Heyətinin sədri Emin Məmmədovun «APA-Economics»ə veridiyi məlumata görə, bu, bankın növbəti illər üçün hazırlanmış yeni strateji planında əksini tapıb.

Fililların əksəriyyətinin regionlarda açılacağını qeyd edən E.Məmmədov onların yerinin dəqiqləşdirilməsi üçün müvafiq bölgələrdə araşdırmaların aparıldığını bildirib.

Qeyd edək ki, hazırda bankın ölkə üzrə 8 filialı fəaliyət göstərir.

Xatırladaq ki, «Azərnəqliyyatbank» ASC 1989-cu ildə yaradılıb. Bankın səhmlərinin 58,6%-i fiziki şəxslərə, 41,4%-i isə hüquqi şəxslərə məxsusdur. Cari ilin yanvar ayının 1-nə 71,317 mln. manat, kredit portfeli 20,526 mln. manat, depozit portfeli 44,224 mln. manat, məcmu kapitalı 26,525 mln. manat, o cümlədən nizamnamə kapitalı 25,215 mln. manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR