Bank Of Baku

«CredAgro» «Thin client» sisteminin qurulmasına dair tender keçirir

«CredAgro» «Thin client» sisteminin qurulmasına dair tender keçirir
# 16 fevral 2010 07:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «CredAgro» qeyri-bank kredit təşkilatı mərkəzi ofis və regional filiallarda «Thin client» sisteminin qurulmasına dair açıq tender elan edib.

Təşkilatın Bakıdakı baş ofisidnən «APA-Economics»ə verilən məlumata görə, iddiaçılar təkliflərini fevralın 25-də saat 13:00-dək təşkilatın Həsən Əliyev küçəsi,63 ünvanında yerləşən inibati binasına təqdim edə bilər. Təklif zərflərinin açılması isə həmin gün saat 15:00-da Tender Komissiyası tərəfindən həyata keçiriləcək.

Xatırladaq ki, təsisçisi ABŞ-ın ACDİ/VOCA təşkilatı olan «CredAgro» Azərbaycanda 2000-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə təşkilatın kredit portfelinin həcmi 35,520 mln. manat, müştərilərinin sayı isə 20 145 nəfərdir. Təşkilatın ölkə üzrə 14 filialı və 8 köməkçi ofisi var. «CredAgro» tərəfindən kreditlər illik 25-36% dərəcəsi ilə ayrılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR