Bank Of Baku

Azərbaycan bank sistemində spekulyativ amillər azalır

Azərbaycan bank sistemində spekulyativ amillər azalır
# 16 fevral 2010 08:56 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları tərəfindən verilən manat kreditləri ilə manat depozitləri arasındakı faiz fərqi 2009-cu il ərzində 5,84%-dən 4,2%-ə enib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, xarici valyutada kreditləri ilə depozitlər arasındakı fərq isə 6,56%-dən 6.48%-ə düşüb.

Kreditlər və depozitlər üzrə faizlərdə olan fərqin azalması ilk növbədə bank sistemində süni yolu ilə yaradılan, spekulyativ amillərin azalmasını göstərir. Belə ki, banklar kreditlər və depozitlər arasındakı faiz fərqlərini artırmaqla öz gəlirlərini süni şəkildə şişirdir, əks proses isə bank sistemindəki passiv və aktiv əməliyyatlarda sağlamlaşmanı göstərir. Eyni zamanda bu, bankların faiz mənfəətini azalda bilər. Lakin bu, baş vermir. Belə ki, 2009-cu ilin yekunlarına görə, bankların məcmu faiz mənfəəti 36,14 mln. manat və ya 6,8% artaraq 568,88 mln. manata çatıb. Bundan başqa, faiz gəlirlərinin illik artım tempi (6,1%) faiz xərclərinin artım tempindən (5,3%) üstün olub. Bu da kreditlərlə depozitlər arasındakı faiz fərqinin azalması fonunda baş verib. Beləliklə, Azərbaycanın bank sistemində cəlb edilmiş vəsaitlərin və ilk növbədə depozitlərdən istifadə etmənin səmərəliyinin artması qeyd edilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR