Bank Of Baku

BVF-nin qiymətləndirmə missiyası Azərbaycana gələcək

BVF-nin qiymətləndirmə missiyası Azərbaycana gələcək
# 16 fevral 2010 11:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ortalarında ölkədə statistikanın aparılmasının qiymətləndirilməsi ilə bağlı Beynəlxalq Valyuta Fondunun (BVF) missiyası Azərbaycana səfər edəcək. Bu barədə «APA-Economics»ə Dövlət Statistika Komitəsinin (DSK) sədri Arif Vəliyev məlumat verib.

Onun sözlərinə görə, BVF-nin analoji missiyası ötən il DSK-nın dəvəti ilə Azərbaycana səfər edib. Lakin ötənilki səfər zamanı BVF-nin missiyası Azərbaycanda yalnız ifnlyasiyanın statistikasının aparılmasını qiymətləndirib: «Nəticədə, ötən il 22 meyar üzrə statistikanın aparılmasına dair qiymətləndirmədə biz 19 meyar üzrə əla, 3 meyar üzrə isə yaxşı, yəni dörd qiyməti almışıq».

A.Vəliyev onu da bildirib ki, bu ilin ortalarında Azərbaycana səfər edəcək BVF-nin missiyası ölkə üzrə aparılan ümumi statistikanın qiymətləndirilməsini həyata keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR