Bank Of Baku

«MBASK» sığorta şirkətinin rəhbərliyində dəyişiklik gözlənilir

«MBASK» sığorta şirkətinin rəhbərliyində dəyişiklik gözlənilir
# 16 fevral 2010 11:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin mart ayının sonunda Azərbaycanın «MBASK» sığorta şirkətinin İdarə Heyətinə yeni sədr təyin ediləcək.

Etibarlı mənbələrdən «APA-Economics»ə verilən məlumata görə, şirkətin İdarə Heyətinin sədri vəzifəsinə Elxan Qəribovun namizədliyi irəli sürülüb. Qeyd edək ki, şirkətin sədri vəzifəsini Cəmil Məlikov icra edib. Hazırda C.Məlikov müvəqqəti olaraq Azərbaycan Sənaye və Energetika Nazirliyi Alternativ və bərpa olunan enerji mənbələri üzrə Dövlət Agentliyinin direktor müavini vəzifəsini icra edir.

Xatırladaq ki, E.Qəribov C.Məlikovdan əvvəl «MBASK» sığorta şirkətinin direktoru vəzifəsində çalışıb.

«MBASK» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkətin təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (30%) və fiziki şəxslər çıxış edir. Ötən il ərzində şirkətin topladığı sığorta haqlarının həcmi 7,556 mln. manat, ödənişləri isə 5,294 mln. manat olub. Hazırda şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR