Bank Of Baku

«MBASK» sığorta şirkəti nizamnamə kapitalına yeni xarici investor cəlb edir

«MBASK» sığorta şirkəti nizamnamə kapitalına yeni xarici investor cəlb edir
# 16 fevral 2010 12:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «MBASK» sığorta şirkəti səmlərinin bir hissəsini Fransanın «AXA Holding»ə satmaq niyyətindədir. Etibarlı mənbələrdən «APA-Economics»ə verilən məlumata görə, xarici investorun «MBASK» sığorta şirkətinin nizamnamə kapitalındakı iştirak payı yerli şirkətin səhmdarları tərəfindən bu ilin mart ayında keçiriləcək iclasında müəyyənləşəcək.

Mənbə onu da bildirib ki, «AXA Holding»ə satılacaq səhmlər şirkətin təsisçiləri sırasında olan Avropa Yenidənqurma və İnkişaf Bankının payı da ola bilər.

«MBASK» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkətin təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (30%) və fiziki şəxslər çıxış edir. Ötən il ərzində şirkətin topladığı sığorta haqlarının həcmi 7,556 mln. manat, ödənişləri isə 5,294 mln. manat olub. Hazırda şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR